logo

“AvtoVAZ” elektron hissələrin çatışmazlığına görə istehsalı dayandırır

17:32 26-05-2022 | icon 3969
“AvtoVAZ” elektron hissələrin çatışmazlığına görə istehsalı dayandırır

Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi səbəbindən Avropa İttifaqı və ABŞ-ın sərt sanksiyaları ilə üzləşən Rusiya iqtisadiyyatında tənəzzül davam edir. Belə ki, ölkənin ən iri avtomobil istehsalçısı olan “AvtoVAZ” elektron hissələrin çatışmazlığı ilə əlaqədar olaraq mayın 30-dan iyunun 3-dək istehsalı dayandıracaq.

YeniAvropa xarici mətbuata istinadən xəbər verir ki, bu ay Tolyati və İjevskdəki zavodlarda bir ədəd olsun belə avtomobil istehsal edilməyib.

“AvtoVAZ” yarımkeçiricilərin defisiti ilə əlaqədar ötən ilin ortalarından dəfələrlə istehsalı dayandırıb. Bu ilin yazından isə təchizatla bağlı vəziyyət daha da pisləşib. Bununla əlaqədar adətən yay aylarına təsadüf edən korporativ tətilin vaxtı irəli çəkilərək aprelə keçirildi. Məqsəd həmin dövrdə kifayət qədər ehtiyat yaratmaqla zavodların sabit istehsalını təmin etmək idi. Lakin tətildən və may bayramlarından (30 aprel -11 may arası) sonra “AvtoVAZ” 11-13 may, 16-20 may və 23-27 mayda istehsalı dayandırmalı olub.