Ölkə ərazisində iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27°, gündüz 33-38° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz isə 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 27-28°, cənub çimərliklərində isə Türkan, Hövsan, Sahil və Şıxda 28-29° isti olacaq.
Çimərliklərdə əlverişli hava şəraiti müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 17-22°, gündüz 28-32° isti olacağı bildirilir.