logo

Co Bayden Ukraynaya 40 milyard dollar yardım ayrılması barədə qanunu imzalayıb

16:11 21-05-2022 | icon 3199
Co Bayden Ukraynaya 40 milyard dollar yardım ayrılması barədə qanunu imzalayıb

ABŞ prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar həcmində əlavə yardımın ayrılması barədə qanunu imzalayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, müvafiq məlumat Ağ evin saytında dərc olunub. Hazırda ABŞ prezidenti Cənubi Koreyada səfərdədir.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü ötən həftə, Senat isə mayın 19-da təsdiqləyib. Senatda yekun səsvermə Cozef Baydenin Asiya turuna çıxmasından sonra başa çatıb.

Xatırladaq ki, ABŞ prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği 40 milyard dollara qədər artırıb, hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsaitin ayrılmasını təklif edib. Bunun təxminən 20 milyard dolları birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına, həmçinin ABŞ-ın silah ehtiyatlarının artırılmasına yönəldiləcək.