logo

Avropa Parlamenti Rusiyanın mühakimə olunması üçün tribunalın yaradılmasını dəstəkləyib

22:20 19-05-2022 | icon 2919
Avropa Parlamenti Rusiyanın mühakimə olunması üçün tribunalın yaradılmasını dəstəkləyib

Avropa Parlamentinə üzv ölkələr Rusiyanın Ukraynaya qarşı hərbi cinayətləri üzrə tribunalın yaradılması haqqında qətnaməni dəstəkləyib.

 YeniAvropa  Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Biz Avropa İttifaqına Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəklədiyinə görə təşəkkürümüzü bildiririk. Eyni zamanda biz Rusiya rəhbərliyini məsuliyyətə cəlb edəcəyik”, - deyə XİN başçısı paylaşımında qeyd edib.