ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Senatın iclasını "C-SPAN" telekanalı yayımlayıb.
Layihə lazımi səs çoxluğunu toplayıb.
Sənəd imzalanması üçün ABŞ prezidenti Cozef Baydenə göndəriləcək.
“Washington Post” yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.