logo

Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub

17:47 18-05-2022 | icon 3101
Fransa Rusiyanın 41 diplomatını ölkədən qovub

Fransa Rusiyanın 41 diplomatını “arzuolunmaz şəxs” elan edib

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi(XİN) məlumat yayıb.

Məlumatda bildirilib ki, buna cavab olaraq Rusiya  da Fransanın 34 diplomatını geri göndərir.

"Fransa diplomatik nümayəndəliklərinin 34 əməkdaşı iki həftə ərzində ölkəni tərk edəcək",-deyə XİN-in yaydığı məlumatda qeyd edilib. .

Fransa səfiri Pyer Levi mayın 18-də Rusiya XİN-ə çağırılıb və bildirilib ki, Fransa tərəfi Rusiyanın 41 diplomatını əsassız olaraq “arzuolunmaz şəxs” elan etdiyi üçün rəsmi Moskva belə bir addımı atıb.

Rusiya xarici siyasət idarəsi bu addımı iki ölkə arasında münasibətlərə zərbə kimi qiymətləndirib.