İyulun 10-da Gəncə şəhərində təxminən 200 nəfərə yaxın pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.
YeniAvropa hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıblar. Otuza yaxın iğtişaş iştirakçısı saxlanılıb. İki polis əməkdaşının xəsarət aldığı bildirilir.
Hüquq mühafizə orqanları vəziyyətə tam nəzarət edir.