logo

Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb

12:10 17-05-2022 | icon 1239
Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 280 nəfər saxlanılıb

Ermənistan polisi səhər saatlarından başlayaraq İrəvanda keçirilən etiraz aksiyaların gedişində müxalifətin 280-dən çox tərəfdarını saxlayıb.

 YeniAvropa  Ermənistan mediasına istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar paytaxtın müxtəlif rayonlarında küçələri bağlamağa cəhd edib.

Ermənistan polisinin mətbuat xidməti indiyə qədər asayişi pozan 280 nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon da var.

Bir müddət öncə respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan bu gün üçün genişmiqyaslı itaətsizlik aksiyaları elan edib. Onun sözlərinə görə, etirazçılar yolları bağlayacaq, nəqliyyatı dayandıracaq və paytaxt iflic vəziyyətinə düşəcək. İşxan Saqatelyan, həmçinin axşam saatlarında Fransa meydanında daha bir mitinqin keçiriləcəyini deyib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.