logo

Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı deyil- Ərdoğan

22:52 16-05-2022 | icon 1799
Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı deyil- Ərdoğan

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq.Çünki həmin iki ölkə Türkiyənin terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - Türkiyə lideri Ankarada Əlcəzair prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər.

Onun sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.