logo

İsveç və Finlandiyanın XİN bqaşçıları Türkiyəyə səfər edəcəklər

20:20 16-05-2022 | icon 3829
İsveç və Finlandiyanın XİN bqaşçıları Türkiyəyə səfər edəcəklər

İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Haber Global” İsveçin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçi PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.

Nazir əlavə edib ki, Finlandiya və İsveç müdafiə sənayesi məhsullarının Türkiyəyə ixracını məhdudlaşdırmağa davam edir.