logo

32 ildən sonra Fransanın baş naziri qadın təyin edilib

19:49 16-05-2022 | icon 2359
32 ildən sonra Fransanın baş naziri qadın təyin edilib

Fransanın əmək, məşğulluq və inteqrasiya naziri Elizabet Born Fransanın yeni baş naziri təyin edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Fransanın 61 yaşlı yeni baş naziri Elizabet Born 32 ildən sonra ilk qadın baş nazirdir.

Qeyd edək ki, E.Born körpü tikintisi üzrə mühəndis olub. 2013-2014-cü illərdə Ekologiya Nazirliyində kabinet direktoru, 2017-ci ildə Eduard Filip hökumətinə nəqliyyat naziri, 2019-cu ildə ekoloji keçid və həmrəylik naziri olub. 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.