Finlandiya hökuməti NATO-ya üzvlük üçün rəsmi müraciət barədə qərar qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə Helsinkidə baş tutan xüsusi mətbuat konfransında Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin bildiriblər.
Tədbirdə çıxış edən baş nazir Sanna Marin deyib: “Bizim üçün ən vacib məsələ Finlandiyanın təhlükəsizliyidir. Lakin Finlandiya NATO üzvü kimi bütün alyansın təhlükəsizliyinə də öz töhfəsini verəcək”.
Sanna Marinin fikrincə, bu qərar Şimali Avropanı daha da gücləndirəcək, həmçinin Skandinaviya ölkələri üçün yeni əməkdaşlıq imkanları açacaq.
Öz növbəsində Finlandiya prezidenti Sauli Niinistö NATO-ya üzvülük məsələsində Türkiyə ilə bir daha müzakirə aparmağa hazır olduğunu ifadə edib.