Avropa İttifaqı Ukraynaya 500 milyon avro məbləğində yeni yardım paketi ayıracaq.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının(Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.
Onun sözlərinə görə belə bir qərar "G7" ölkələrinin xarici işlər nazirlərinin Almaniyada keçirilmiş görüşündə qəbul edilib.
Cari ildə Brüssel Kiyevə toplam 4 milyard avro, Avropa İttifaqından çıxmış Böyük Britaniya isə təqribən 3,5 milyard avro yardım təqdim edib.