logo

İrəvanda Paşinyanın istefası tələbi ilə avtoyürüş keçirilir

13:53 11-05-2022 | icon 10654
İrəvanda Paşinyanın istefası tələbi ilə avtoyürüş keçirilir

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtoyürüşlər keçirilir.

YeniAvropa Ermənistan portallarına istinadla xəbər verir ki, yürüşlər şəhər kənarından mərkəzə doğru dörd istiqamətdə start götürüb.

Yürüş iştirakçıları aşağı sürətlə irəliləyərək yollarda avtomobillərin hərəkətini çətinləşdirir, hökumət əleyhinə şüarlar səsləndirirlər. Saat 15:00-da İrəvanda Paşinyan əleyhdarlarının növbəti mitinqi planlaşdırılır.

Xatırladaq ki, müxalifətin dünənki etiraz aksiyalarının gedişində polis 60-dan çox nümayişçini saxlayıb.

Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilər hesab edirlər ki, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.