logo

Xoşbəxt Yusifzadə: Azərbaycanın 3,4 trilyon kubmetr qaz və 2 milyard ton neft ehtiyatı var

16:57 09-07-2018 | icon 2527
Xoşbəxt Yusifzadə: Azərbaycanın 3,4 trilyon kubmetr qaz və 2 milyard ton neft ehtiyatı var

Azərbaycanın proqnozlaşdırılan təbii qaz ehtiyatı 3,4 trilyon kubmetr, xam neft ehtiyatı isə 2 milyard tondur.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Hazırda ölkədə 2,5 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı var”, - deyə X.Yusifzadə vurğulayıb.