İyulun 9-da Quba rayonu ərazisində yerləşən “Quba Palace Hotel”də baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
YeniAvropa xəbər verir ki, dağ gəzintisi üçün nəzərdə tutulan kanat yolunda baş verən bədbəxt hadisə nəticəsində Qubanın Amsar kənd sakini, 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu həlak olub.
Xəsarət alan rayon sakinləri Rafiq Həsənov və Ruhid Əliməmmədov isə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.