Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard" Kommersiya Bankı, "Texnikabank", "Zaminbank", "Dekabank", "Bank of Azərbaycan" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə satışa çıxarır.
ADIF-dan YeniAvropa-ya bildiriblər ki, 7 lot üzrə əmlak birinci dəfə,17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə,11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.
Hərraclar iyulun 16-da, 30-da və avqustun 6-da keçiriləcək.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında baş tutacaq. Hərraca çıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80saytında tanış olmaq olar.