logo

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı xüsusi iclas keçirəcək

23:13 03-05-2022 | icon 4144
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı xüsusi iclas keçirəcək

Mayın 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında qeyd edilib.

Bildirilib ki, iclas ABŞ-ın sədrliyi ilə baş tutacaq.

Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın baş katibi Antoniu Quterreşin Ukraynaya səfərinin də müzakirə olunacağını bildirib.