Dekabrın 27-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası və Bakı şəhər “Məşədi Dadaş” dini icması tərəfindən “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, konfransda, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı tədbirdə çıxış ediblər.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyevanın “Din və media” mövzusunda təqdimatı olub.