Azərbaycanlı turist Türkiyənin Muğla əyalətində faciəli şəkildə həytını itirib.
YeniAvropa "Hürriyet"ə istinadən xəbər verir ki,Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində Azərbaycan əsilli turist Məryəm Ömərova Aladərə şəlaləsi üzərindəki qayalıqlarda yürüş zamanı müvazinəti itirərək yıxılıb və ölüb.
Bildirilir ki, 27 yaşlı M. Ömərova iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gəlib. Dünən saat 17 radələrində isə M. Ömərova körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb. M. Ömərova qayalıqlara dırmaşıb. mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili yardıma zəng açıb. Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıblar. M. Ömərovanın cansız bədəni sudan çıxarılıb, Fəthiyə Dövlət Xəstəxanasının morquna aparılıb.