logo

Ərdoğan BMT-nin baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

18:48 30-04-2022 | icon 2289
Ərdoğan BMT-nin baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Millətlər Təşkilatının(BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya-Ukrayna böhranının da müzakirə edildiyi telefon danışığı zamanı baş katib prezident Ərdoğana Moskva və Kiyev müzakirələri barədə məlumat verib.

Prezident Ərdoğan həm təxliyələr, həm də humanitar yardım məsələləri ilə bağlı BMT-nin apardığı işlərə Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Həm Ukraynanı, həm də Rusiyanı sağlam düşüncə və razılaşmanı əsas götürəcək şəkildə hərəkət etmələri istiqamətində çağırışlara davam edəcəklərini bildirən prezident Ərdoğan, bu böhrandan çıxmaq, sülhün bərqərar olması üçün əzm və səmimiyyətlə səylərini davam etdirəcəklərini qeyd edib.