İyulun 8-də bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməmiş, yalnız 650 m² sahədə quru ot yanmış və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.