logo

İlham Əliyev Kəmaləddin Heydərova yeni müavin təyin etdi

20:34 07-07-2018 | icon 2268
İlham Əliyev Kəmaləddin Heydərova yeni müavin təyin etdi
Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə yeni müavin təyin edilib. YeniAvropa xəbər verir  ki, sərəncamla Nazim Xeyrulla oğlu Məmmədov FHN rəhbərinin müavini postuna təyinat alıb.
Xatırladaq ki, Nazim Məmmədov yeni təyinatadək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Nazim Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirib.