Bu ilin sonunadək Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası, sentyabrda isə Gəncədə IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
YeniAvropa İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bu haqda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Xatırladaq ki,Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 16-ci iclas 2016-cı ilin dekabrında Bakıda keçirilib. Bu il isə tədbirə Rusiya tərəfi ev sahibliyi edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Bu ilin 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24 faizə yaxın artıb.