logo

FHN dənizdə batmış  üç nəfərdən ikisinin cəsədi aşkarlayıb

21:38 06-07-2018 | icon 3710
FHN dənizdə batmış  üç nəfərdən ikisinin cəsədi aşkarlayıb

Bakının Sabunçu rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 kilometr aralıda nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən üç nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi cəsədi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) YeniAvropa-ya  bildiriblər ki, cəsədlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.