Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 79,50 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar azalaraq 77,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 73,11 dollar təşkil edib.