logo

Sumqayıtda partlamamış hərbi sursat aşkarlanıb

13:47 05-07-2018 | icon 2436
Sumqayıtda partlamamış hərbi sursat aşkarlanıb

İyulun 4-də saat 17:51-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 11 mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumat əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar iyulun 5-də də davam etdirilib.

Qurumun mütəxəssisləri və Sahil Mühafizə Xidmətinin əməkdaşları ərazidə dəniz sahilinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri partlamamış hərbi sursat (122 millimetrlik top mərmisi (F-460) və 12 partlamış boş mərmi aşkarlayıblar. Həmin sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2500 kvadratmetr əraziyə (1500 kvadratmetr yeraltı və 1000 kvadratmetr yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən iyulun 5-dək ANAMA tərəfindən ümumilikdə 3559 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 102 min 285 kvadratmetr ərazi yoxlanılıb.