logo

Sabah ölkə ərazisində havanın temperaturu nisbətən sərinləşəcək

14:28 04-07-2018 | icon 2317
Sabah ölkə ərazisində havanın temperaturu nisbətən sərinləşəcək

Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27°, günün birinci yarısında 39-41°, ikinci yarısında 34-37° isti, Bakıda gecə 25-27° isti, hərarətin günün birinci yarısında 41°-dək yüksələcəyi, ikinci yarısında isə 34-36° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun hərarəti 28-29°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək.

Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var, lakin axşam Böyük Qafqazın bəzi dağlıq yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 37-42° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 5-i axşamadək Abşeron yarımadasında qızmar temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə risklidir. Açıq havada uzun müddət qalmaq tövsiyə olunmur.