Bu gün Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək
Bu gün “Bakı Metropoliteni" qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından test rejimində fəaliyyət göstərəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BNA və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında bildirilir.
"Bunu nəzərə alaraq 04 iyul 2018-ci il tarixində də paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi eyni zamanda digər zəruri tədbirlərin vaxtında icrasını təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, 03 iyul 2018-ci il tarixində “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Dərhal metro stansiyalarından və tunellərdən sərnişinlərin təxliyyəsinə başlanılıb. Proses qısa vaxtda uğurla başa çatdırılıb.
Məlumata görə, qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metrostansiyalarının çıxışları, eləcədə Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib. Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 Yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 20 ədəd iritutumlu avtobus cəlb edilib. Gecə saatlarında zərurət olduğu halda müvafiq marşrut xətləri üzrə sərnişinlərin daşınması həyata keçirmək üçün Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus nəqliyyat vasitələri hazır vəziyyətdə saxlanılıb.
Məlumat üçün bildiririk ki, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-i koordinasiyalı şəkildə fəaliyyət göstərir. Əhalidən mövcud vəziyyəti anlayışla qəbul etmələrini xahiş olunur.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb