Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.
YeniAvropa xəbər verir ki, bu haqda "Report" hüquq–mühafizə orqanlarına istinadla məlumat yayıb. Verilən məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin məlumat yayacağı gözlənilir.