logo

Energetika Nazirliyi və “Azərenerji” ASC: Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir

20:54 03-07-2018 | icon 2471
Energetika Nazirliyi və “Azərenerji” ASC: Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir

Energetika Nazirliyi və “Azərenerji” ASC birgə operativ məlumat yayıblar.

YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.

Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.