logo

“Azərenerji”: Hazırda regionlar üzrə elektrik enerjisinin təchizatı 85-86 faizə çatdırılıb

14:02 03-07-2018 | icon 2751
“Azərenerji”: Hazırda regionlar üzrə elektrik enerjisinin təchizatı 85-86 faizə çatdırılıb

Hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 85-86 faizə çatdırılıb.

YeniAvropa xəbər verir  ki, bu haqda “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə. sistemin işinin tam bərpası yaxın vaxtlarda nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.