Yanvar-may aylarında Azərbaycana 184 ölkədən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn məlumat verib.
R.Hüseyn qeyd edib ki, may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 107,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 16 faiz çoxdur.