Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.YeniAvropa xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Şöbə rəisi qeyd edib: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı iyulun 3-də günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarları işləməyəcək. Yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.