logo

Kəmaləddin Heydərov: Qəza baş vermiş blokda bərpa işləri aparılır

08:12 03-07-2018 | icon 2373
Kəmaləddin Heydərov: Qəza baş vermiş blokda bərpa işləri aparılır

Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb.

YeniAvropa xəbər verir  ki,  bu sözləri hadisə yerində olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, Mingəçevir İES-in qəza baş vermiş altıncı blokunda bərpa işləri aparılır. Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır.

K. Heydərov qeyd edib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: " Heç bir panikaya, narahatlığa əsas yoxdur".