Mingəçevirdəki "Azərbaycan" İES-də qəza olub, Bakı və əksər rayonlar işıqsız qalıb
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-də qəza baş verib.
YeniAvropa xəbər verir ki, ilkin ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
Hadisə ilə əlaqədar olaraq "Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hazırda hadisənin səbəbləri araşdırılır. Bu haaqda "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Tezliklə ətraflı məlumat veriləcək.(“Report”)