logo

Paytaxtda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib

04:06 03-07-2018 | icon 2240
Paytaxtda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib

Respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problem ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

YeniAvropa “Report”a istinadla xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldurlar.

Hazırda Yol və Post Patrul xidmətlərinin əməkdaşları Bakının əsas küçə və prospektlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.