İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.
Vəziyyət Azərbaycan prezidentinin daim nəzarətindədir.
YeniAvropa xəbər verir ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.