İyul ayının sonunda Riqada Azərbaycan Ticarət Evi açılacaq. YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib. Onun sözlərinə gürə, bu ticarət evi Avropa İttifaqında Azərbaycanın ilk ticarət evi olacaq. Eyni zamanda, ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərində ticarət evi, Çində şərab evi və bu ölkənin müxtəlif regionlarında ticarət evlərinin açılması gözlənilir.
Qeyd edək ki, ilk ticarət evi 2017-ci ilin mayında Minskdə açılıb.