logo

Paytaxtın bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır

13:07 02-07-2018 | icon 2674
Paytaxtın bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, “VAZ” dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) iyulun 2-də üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa, paytaxtın Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.