Məleykə Abbaszadə prezidentə hesabat verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. YeniAvropa xəbər verir ki, iclasda DİM tərəfindən 2017-ci ilin dekabr ayı ərzində keçirilmiş imtahanlar, dövlət qulluğu sahəsində görülmüş işlər, qəbul və buraxılış imtahanları ilə bağlı ölkə Prezidentinə təqdim olunacaq illik hesabat, eləcə də Avropa İttifaqının Tvinninq aləti üzrə “Azərbaycan Dövlət Qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində görülmüş işlər müzakirə edilib.
İlk növbədə, iclasda Şura üzvlərinə Prezident İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə Prezidentinə təqdim olunacağı qeyd olunub.
Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyəti barədə sədr Məleykə Abbaszadə qeyd edib ki, 2017-ci il noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib. Bu imtahanlarda 3 mindən artıq namizəd iştirak edib və onlardan ümumilikdə 1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb. İnzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları tərəfindən 1461 vakant vəzifə təqdim olunub. Daha əvvəl keçirilən müsabiqələrdən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 313 namizəd isə ehtiyat kadrlar siyahısına daxil edilib. Ehtiyat kadrların dövlət orqanlarında analoji vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır.
Sədr dövlət orqanında vakant dövlət qulluğu vəzifəsinin müddətli əmək müqaviləsi bağlanılmaqla tutulması ilə bağlı bildirib ki, xüsusi hal olaraq vakant vəzifə üzrə əmək funksiyasının icrası zərurətinin olduğu nəzərə alınaraq, işin davam etməsi üçün həmin vəzifənin müsabiqə və müsahibə yolu ilə tutulması müddətinə kimi (əsasən 3 ay müddətinə) işçi ilə müddətli əmək müqaviləsi bağlamaq olar. Bu şərtlə ki, həmin vəzifənin müsabiqə və ya müsahibə yolu ilə tutulması üçün dövlət orqanının rəhbəri qərar qəbul etsin və bu vəzifələr müvafiq elan verilməsi üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. Bəzən elə hallar olur ki, dövlət orqanında müqavilə əsasında çalışan şəxs hesab edir ki, o artıq dövlət qulluqçusudur, lakin əslində həmin şəxs belə statusa malik olmamasından xəbərsiz olur. Artıq bu vətəndaşlar, eləcə də dövlət orqanlarında çalışan digər şəxslər “dövlət qulluqçularının reyestri” xidmətinə daxil olaraq özləri haqqında konkret məlumatlarla tanış ola biləcəklər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb