logo

Gürcüstanda daşınmaz əmlak alan azərbaycanlıların sayı artıb

17:27 01-07-2018 | icon 2471
Gürcüstanda daşınmaz əmlak alan azərbaycanlıların sayı artıb

Son illər Gürcüstanda daşınmaz əmlak alanlar sırasında xarici ölkə vətəndaşlarının sayı xeyli artıb.

YeniAvropa xəbər verir  ki, 2012-2016-cı illərdə Gürcüstanda xarici ölkə vətəndaşlarının daşınmaz əmlak almaları ilə bağlı 34 mindən çox əməliyyat həyata keçirilib. Yerli mətbuatının yazdığına görə, Gürcüstanda daşınmaz əmlak alanların 53 faizini Rusiya vətəndaşları təşkil edirlər.

Bu siyahıda rusiyalılardan sonra ikinci sırada hər biri 5 faizlə Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları dayanırlar. Gürcüstanda daşınmaz əmlak alanların 4 faizini İsrail, 3 faizini ABŞ və Yunanıstan, 2 faizini isə Almaniya vətəndaşları təşkil edirlər.