Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib, iyulun 1-də havanın hərarəti 43-44 dərəcəyə bərabər olub. Bundan əvvəl Bakı üçün rekord göstərici 2017-ci ilin avqust ayında müşahidə edilib - 41,6 dərəcə.
Bu gün qeydə alınan temperatur həm iyul ayı, həm də bütün yay mövsümü üçün rekord göstəricidir.