Azərbaycan neftinin qiyməti 2 dollar/barrelədək bahalaşıb. YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,92 dollar bahalaşaraq 80,53 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə bu il mayın 18-də 81 dolları ötmüşdü.
Xatırladaq ki, “Azeri Light” bir barrelinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.