logo

Külli miqdarda narkotik vasitə aşkarlanıb

17:28 29-06-2018 | icon 2429
Külli miqdarda narkotik vasitə aşkarlanıb

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyunun 28-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevin evindən 415 qram marixuana, 21 qram tiryək və heroin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanıb.

Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Fərid Kamalovun evindən 695 qram tiryək, Liman şəhər sakini Mais Hüseynovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Mosul kənd sakini Kamil Durmuşovdan 15 qram, evindən isə əlavə olaraq 480 qram marixuana aşkar edərək götürüblər.

Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Qara Nuru kənd sakini Seymur Alməmmədovdan şəxsi axtarış zamanı marixuana aşkarlanıb. Polis əməkdaşları tərəfindən onun həmin narkotik vasitəni Sarıcalar kənd sakini Vüqar İmanzadədən aldığı müəyyən edilib. Görülmüş tədbirlərlə V.İmanzadə saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən 200 qram marixuana, həyətindəki yarımçıq tikilidən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.