Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətiləatıcılıq üzrə yarış keçirib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş bu yarışda ölkənin müxtəlif media resurslarını təmsil edən 50-dən artıq jurnalist iştirak edib. Yarışdan öncə media nümayəndələri üçün atıcılıq üzrə təlim keçirilib. Təlimdən sonra isə jurnalistlər öz istəklərinə uyğun olaraq qruplara ayrılaraq stend atıcılığı və güllə atıcılığı üzrə yarışlara qatılıblar.
Əyləncə və dostluq atmosferində keçirilmiş yarışın qaliblərinə “Bakcell”dən maraqlı hədiyyələr təqdim edilib.
"Bakcell" şirkəti mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media resurslarının nümayəndələri üçün mobil telekommunikasiya, informasiya və kommunikasiya texnologiyaları və digər vacib mövzularda təlimlər keçirməklə bu sahənin inkişafına yönəlmiş layihələrə dəstək göstərir.