logo

KTN və BMT İnkişaf Proqramı 24 milyon dollarlıq layihəyə başlayır

11:49 29-06-2018 | icon 2898
KTN və BMT İnkişaf Proqramı 24 milyon dollarlıq layihəyə başlayır

Kənd Təsərrüfatı Nazirliyi və BMT İnkişaf Proqramı təxminən 24 milyon dollarlıq layihəyə başlayır. YeniAvropa xəbər verir  ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai "Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi" mövzusunda layihənin giriş seminarında deyib.

O bildirib ki, layihənin maliyyə dəyərinin 4,1 milyon dolları Qlobal Ekoloji Fond, 200 min dolları BMT İnkişaf Proqramı, 20 milyon dolları isə Azərbaycan dövləti tərəfindən qarşılanıb. Kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olur və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.