Göyçayda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə ötən gecə saat 01:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Cəyirli kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurduqdan sonra idarəetmənin itirərək ağaca çırpılıb.
Hadisə zamanı sürücü, rayonun Ləkçiplaq kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Seyidov, sərnişinləri - 1998-ci il təvəllüdlü Rüstəm Həmidov və Əfsər Rəhimov ağır bədən xəsarətləri alıblar. Xəsarət alanlar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya və cərrahiyə şöbələrinə çatdırılıb. Rüstəm Həmidov dünyasını dəyişib. Xəsarət alan digər şəxslərin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən aşdırma aparılır.