logo

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

10:37 29-06-2018 | icon 2268
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, iyunun 28-də Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Həmin gün saat 3:15 radələrində Xidmətin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərəfindən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib edilib, nəticədə sürücü və sərnişinlərdən biri saxlanılıb. Avtomobildəki digər şəxs qaçmağa müvəffəq olub.

Avtomobilə baxış zamanı çantada 2 kiloqram tiryək, 5 kiloqram həşiş qətranı aşkarlanıb. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il təvəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olmaları müəyyən edilib.

Hadisə yerindən qaçmış üçüncü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.