logo

Fazil Məmmədov İstanbulun “Amerikan Hastanesi”ndədir

18:41 28-06-2018 | icon 2282
Fazil Məmmədov İstanbulun “Amerikan Hastanesi”ndədir

Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasının "American Hastanesi”nə yerləşdirilib.

YeniAvropa xəbər verir  ki, bu haqda F.Məmmədovun qohumlarının "APA"ya bildiriblər.Məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.

Hazırda sabiq nazir "American Hastanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış. Bu gün isə sabiq nazirin səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.